Əli Əsədov İrakli Qaribaşviliyə başsağlığı verdi

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

Məktubda, həmçinin, yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı