Tramp ittiham edildi: Bu prezidentə qarşı sui-qəsd təşkil edib

Venesuela Prezidenti Nikolas Maduro Prezidenti Donald Trampı ittiham edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Maduro deyib ki, 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində Tramp birbaşa olaraq təşkilatçı olub. O bu fikirləri ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirib. Maduro əminliklə qeyd edib ki, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb.

Məlumat üçün bildirək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustun 4-ü baş verib. Bu zaman partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçan zaman Prezident mühafizəsinə daxil olan snayperlər dronları zərərsizləşdirə bilib. Baş verənlərlə bağlı günahkar qismində 17 nəfər mühakimə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR