İlk hədəf “Neftçi”ni məğlub etməkdir - Şenol Günəş

“İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq”.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş deyib.

71 yaşlı mütəxəssis bu həftəsonu startı veriləcək Türkiyə Super Liqasının yeni mövsümünə hazır olduqlarını bildirib. Baş məşqçi əvvəlcə “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi görüşünə köklənəcəklərini söyləyib: “Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın I turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı