Nigeriya hərbi çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Nigeriyanın Gömrük Xidməti məlumat verib. Bildirilib ki, sərhədlər Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin növbəti bildirişinə qədər açılmayacaq. Məlumata görə, sərhəddə bütün yüklərin daşınması dayandırılıb. Açıqlamada deyilir ki, qərar hər iki ölkənin sabitliyi üçün qəbul edilib. Nigeriya prezidenti və eyni zamanda Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin prezidenti Bola Əhməd Tinubu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə Nigerlə sərhədləri bağlamağı əmr edib.