Özbəkistan Prezidentinin Azərbaycana səfəri gözlənilir

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Azərbaycan - Özbəkistan: Əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masa keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Feyziyev Azərbaycan - Özbəkistan münasibətlərinin dinamikasına toxunub.

"Bugünkü görüşümüz ölkələrimiz arasında sıx əlaqələrin olmasını bir daha sübuta yetirir. Yeri gəlmişkən qeyd edim ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini vurğulamaq istərdim. Bu səfərlər və ölkə başçılarının fəaliyyətinin nəticəsi olaraq Azərbaycan və Özbəkistan arasında hər bir sahədə sıx əməkdaşlıq daha da güclənir, sürətlənir”.

O bildirib ki, ölkələrimiz arasında mədəni - humanitar, iqtisadi, təhsil və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün böyük potensial var və hər iki qardaş xalqın bir-biri ilə daha da yaxınlaşması üçün böyük işlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı