"Fənərbaxça" “Arsenal”ın ulduz futbolçusunu alır

Yeni mövsümdə güclü heyət qurmaq istəyən "Fənərbaxça" “Arsenal”ın ulduz futbolçusu Jorjinyonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, futbolçu özü də “Arsenal”ı tərk etmək istəyir. “Çelsi”dən 12 milyon avro qarşılığında “Arsenal” keçən futbolçunun klubu ilə gələn mövsümə qədər müqaviləsi var. Məlumata görə, Deklan Raysın və Tomas Partinin “Arsenal” klubuna transferindən sonra Jorjinyo əsas heyətdə yerini itirə bilər.

Buna görə də, o klubdan ayrılmaq istəyir. Məlumata görə, Jorjinyo “Fənərbaxça”nın təklifini nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR