İraq mediasında “homoseksuallıq” ifadəsi qadağan edilib.
Metbuat.az xəbər verir ki, bu barədə media tənzimləyicisi olan Kommunikasiya və Media Komissiyasının (CMC) rəsmi qərarı qüvvəyə minib. Komissiyanın açıqlamasında "gender" ifadəsinin istifadəsinin də qadağan edildiyi bildirilib. Əvəzləyici kimi "cinsi sapma" ifadəsinin işlədilməsi tələb edilib.