Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Ekvador Prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun qətlə yetirilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ekvador Prezidenti “Youtube” kanalı vasitəsilə xalqa müraciətində bildirib.

Fövqəladə vəziyyət rejimi 60 gün davam edəcək.

Qeyd edək ki, Fernando Villavisensio avqustun 9-da paytaxt Ekvadorda seçkiqabağı tədbirdə qətlə yetirilib. Hadisə zamanı daha 9 nəfər yaralanıb. Ölkənin Baş Prokurorluğundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinənlərdən biri atışmada öldürülüb. Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı