Azərbaycan futbolu üçün xoş xəbər: Yeni mövsümdən avrokuboklarda...

Azərbaycan klubları avrokubokların hər üç turnirinə birbaşa vəsiqə qazana biləcəklər.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, 2024/25 mövsümündən etibarən Azərbaycanı UEFA bayrağı altında keçirilən mötəbər yarışlarda 1 komanda Çempionlar Liqasında, 1 komanda Avropa Liqasında (ölkə kubokunun qalibi), 2 komanda isə Konfrans Liqasında təmsil edəcək.

Qeyd edək ki, hazırda ölkəmizi Çempionlar Liqasında yalnız Premyer Liqanın qalibi olmuş komanda təmsil edir. Digər üç klub isə Konfrans Liqasında mübarizə aparır. Növbəti mövsümdən isə artıq Azərbaycan Kubokunun qalibi olacaq komanda birbaşa Avropa Liqasına vəsiqə qazanacaq.

Tam siyahı ilə burada tanış ola bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR