Əhaliyə xoş xəbər: Limit ləğv edildi, yeni xidmətlər də ödənişsiz oldu

İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə yeni tibbi xidmətlər əlavə edilib.

Metbuat.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva "Xəzər Xəbər"ə bildirib ki, ''Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət daxil edilib.

Onun sözlərinə görə bununla da 3344 xidmət icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək. Onlardan 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Dəyişikliklərdən sonra bir sıra orqanların transplantasiyası əməliyyatları da sığorta pakenində yer alıb

Pərvin Baxşəliyeva qeyd edib ki, ürək qüsurlarının cərrahiyyəsi, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də zərfə əlavə olunub. İki növ əməliyyatla bağlı illik say limiti isə aradan qaldırılıb.

Qeyd edək ki, indiyə kimi sözügedən əməliyyatların illik limiti 300 müəyyən edilmişdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı