Azərbaycana xaricdən pul köçürmələri 714 mln. dollar azalıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 890 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

Metbuat.az Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 % və ya 714 milyon milyon ABŞ dolları azdır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyard 604 milyon ABŞ dollar məbləğində pul baratları daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı