PSJ-nin iki oyunçusu - Renato Sançes və Leandro Parades İtaliyanın "Roma" klubuna keçib.
Metbuat.az bildirir ki, bu barədə məşhur insayder Fabrizio Romano yazıb. PSJ-yə Parades üçün 4 milyon avro ödəniləcək.
Sançes isə 1 milyon avro icarə haqqı və 15 milyon avroya birdəfəlik alma maddəsi ilə İtaliya təmsilçisinin formasını geyinəcək. Müqaviləyə görə, oyunçu mövsüm ərzində matçların 60 faizində forma geyinsə, "Roma" oyunçunu transfer etməlidir.