Ukrayna torpaqlarının bir hissəsini Rusiyaya verir - Əvəzində isə...

NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib.

Metbuat.az xəbər verir ki, NATO rəsmisi NATO Baş katibinin Nazirlər Kabinetinin direktoru Stian Yenssenin Norveç mətbuatına verdiyi “Ukrayna ərazisinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO üzvü ola bilər” açıqlamalarını dəyərləndirib.

"NATO-nun mövqeyi aydındır və dəyişməzdir. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik, bunu NATO liderləri Vilnüs sammitində təkrarladılar. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək" – NATO nümayəndəsi deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı