Türkiyənin "Qalatasaray" klubu "Çelsi"nin oyunçusu Hakim Ziyeşin transferini bitirib. Artıq klublar arasında razılıq əldə edilib.
Metbuat.az bildirir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. Məlumata görə, ulduz futbolçu tibbi müayinədən keçmək üçün yaxın zamanda Türkiyəyə gedəcək.
Qeyd edək ki, Ziyeş 2020-21 mövsümündə "Ayaks"dan 40 milyon avroya "Çelsi"yə keçmişdi. 30 yaşlı oyunçu ötən mövsüm 24 matça çıxıb, 3 asist edib.