Konfrans Liqası: Klublarımız cavab matçına çıxır

“Neftçi” bu gün növbəti avrokubok matçına çıxacaq.

Metbuat.az bildirir ki, Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.

Adrian Mutunun yetirmələri Türkiyədə “Beşiktaş”la üz-üzə gələcək. Bakıda 1:3 hesabı ilə uduzan “Neftçi” səfərdə revanş almağa çalışacaq. Avrokuboklarla vidalaşmamaq üçün bakılılar çətin vəzifənin öhdəsindən gəlməlidir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

17 avqust
21:00. "Beşiktaş" (Türkiyə) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Yulian Veinberger (Avstriya)
İstanbul. “Beşiktaş Park”
İlk oyun – 3:1

Həmçinin "Sabah" klubu da turnir çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Komanda Serbiya "Partizan"ı ilə səfər matçına 2:0 üstünlüklə yollanıb.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

17 avqust
23:00. Partizan (Serbiya) - "Sabah" (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski (Polşa)

Belqrad. "Partizan".

İlk oyun - 2:0


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı