"Whatsapp"dan üç möhtəşəm yenilik gəlir - Bu tarixdə

"WhatsApp" bir neçə yeni funksiyanı sınaqdan keçirir.

Metbuat.az bildirir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Sınaqdan keçirilən funksiyalardan biri zənglərlə bağlıdır. Belə ki, “Android” işlədənlər üçün qruplarda zəngləri planlamaq funskiyası sınaqdan keçirilir. Bunun sayəsində digər şəxslərlə konfrans üçün vaxt təyin etmək olacaq.

Həmçinin "WhatsApp" mövzunu, tarixi təyin etməyə və zəng növünü (video və ya səs) seçməyə imkan verəcək. İştirakçılar zəngdən 15 dəqiqə əvvəl bildiriş alacaqlar.

Digər funksiya sayəsində isə parametrlərdə yeni profil əlavə etmək olacaq.

Yeniliklərin yaxın aylarda əlçətan olması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR