Pilotsuz uçuş aparatı (PUA) Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Metbuat.az əbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında yazıb:
"Bu gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyən pilotsuz uçuş aparatını məhv edib. PUA-nın qalıqları “Eksposentr” zonasına düşüb, binaya ciddi ziyan dəyməyib. İlkin məlumata görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir”.