NATO-dan Türkiyənin ilk qadın admiralı barədə açıqlama

Ali Hərbi Şuranın qərarları çərçivəsində Türkiyənin ilk qadın admiralı ünvanını alan Gökçen Fırat barədə NATO-dan diqqətçəkən açıqlama gəlib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, Gökçen Fıratın mövqeyi alyansın dəniz əməliyyatları və təlimlərinin müvəffəqiyyəti üçün çox vacibdir. Açıqlamada Kontr-admiral Fıratın əvvəl Norveçdəki NATO Müştərək Müharibə Mərkəzində də xidmət etdiyinə diqqət çəkilib.

Qeyd edək ki, Gökçen Fırat Müttəfiq Hərbi Dəniz Qüvvələri Komandanlığının Böyük Britaniyadakı “Northwood” bazasında da xidmət edir. O NATO Media Mərkəzi, Böyük Britaniyadakı NATO Müttəfiq Dəniz Komandanlığında əməliyyatlar üzrə komandan müavini vəzifəsini də icra edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı