Yeddi ayda 400 min tonadək meyvə-tərəvəz ixrac edilib

Bu ilin yanvar-iyul aylarında 396,9 min ton meyvə-tərəvəz ixrac edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 400,1 milyon dollar olub. 2022-ci ilin yeddi ayında dəyəri 376,9 milyon dollar olmaqla 350,4 min ton meyvə-tərəvəz ixrac edilib.

Həmin dövrdə 31 milyon dollarlıq 72 min tona yaxın kartof ixrac olunub. Ötən ilin eyni dövründə 78,1 min ton kartof ixrac edilib. İxrac edilən kartofun dəyəri 35 milyon dollar təşkil edib.

Bu müddətdə 111,8 min ton tomat ixracı həyata keçirilib. İxrac edilən tomatın dəyəri 124,1 milyon dollar olub. Ötən ilin yanvar-iyul aylarında məbləği 134,1 milyon dollar olan 112,2 min ton tomat ixrac edilib.

Hesabat dövründə meşə fındığının ixracında artım olub. Belə ki, 12,9 min ton meşə fındığı ixrac edilib. İxracın dəyəri 64,3 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 59,4 milyon dollarlıq 10,6 min ton ixrac baş tutub.

2023-cü ilin yeddi ayında 37,6 min ton alma ixracı həyata keçirilib. İxrac edilən almanın dəyəri 24,3 milyon dollar təşkil edib. Keçən ilin yanvar-iyul aylarında dəyəri 13,2 milyon dollar olan 19,7 min ton alma ixrac edilib.

Xurma ixracında azalma baş verib. Belə ki, bu ilin altı ayında dəyəri 14,7 milyon dollar olan 20,2 min ton xurma ixrac edilib. Ötən ilin yanvar-iyul aylarında isə 29,6 milyon dollarlıq 39 min ton ixrac həyata keçirilib.

Hesabat dövründə 6208 ton nar ixrac edilib. İxrac edilən narın dəyəri 8 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 2,4 milyon dollar olan 1541 ton nar ixrac edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı