2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1096,6 min (1 milyon 96 min 600) nəfər pensiyaçı qeydiyyatdadır.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, pensiyaçıları ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil edib.
Orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.