Putinin hiyləgər planı - Müharibədə yeni taktika

Rusiya Ukrayna ilə davam edən müharibəyə daha təcrübəli qoşun cəlb etmək üçün Ukraynanın işğal olunmuş cənub ərazilərində yeni ordu yaratmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən, Moskva administrasiyası hərbi strukturu dəyişib. Britaniya tərəfi hesab edir ki, Moskva əsas döyüş məntəqələrində daha təcrübəli hərbçilərdən istifadə etməyi hədəfləyir.

Xerson bölgəsindəki Rusiyanın hava-desant qüvvələri ağır toqquşmaların yaşandığı Orikov bölgəsinə doğru irəliləyir. Qeyd edilir ki? Xersona yerləşdirilən yeni 18-ci ordu Krımın ilhaqında rol oynayan 22-ci korpus da daxil olmaqla müxtəlif bölmələrdən ibarətdir.

"18-ci ordu çox güman ki, səfərbər edilmiş şəxsi heyətdən ibarət olacaq və Ukraynanın cənubunda müdafiə təhlükəsizliyi əməliyyatlarına cavabdeh olacaq", - nazirliyin bəyanatında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı