Təklif rədd edildi - Müharibə olacaq

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi Nigerdə hakimiyyəti ələ keçirən hərbi hökumətin 3 illik keçid hökuməti planını rədd edib.

Metbuat.az xəbər verir ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin Siyasi Məsələlər, Sülh və Təhlükəsizlik üzrə komissarı Abdel-Fatau Musah BBC-yə müsahibəsində "Vətənin Müdafiəsi üzrə Milli Şura”nın lideri Abdurrahmane Tchianinin 3 illik keçid planının qəbuledilməz olduğunu deyib.

Tchianinin təklifinin dialoq və diplomatiya üçün yalnız bəhanə olduğunu qeyd edən Musah bildirib ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi bölgədə uzunmüddətli keçid hökumətini qəbul etmir. Onun sözlərinə görə, hərbçilər hakimiyyəti qısa zamanda təhvil verməlidir.

Qeyd edək ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi Nigerə hərbi müdaxilə etmək barədə qərar verib. Lakin hərbi əməliyyatların vaxtı və detalları açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı