"Real"a keçmək istəyən Mbappedən sürpriz qərar

Fransa nəhəngi PSJ ilə Kilian Mbappe arasında gərginlik səngiyib.

Metbuat.az xəbər verir ki, tərəflər razılığa gəliblər. “The Times” qəzeti PSJ və Mbappenin yeni müqavilə üçün razılığa gəldiyini yazıb. Məlumata görə, 24 yaşlı superulduz klub prezidenti Nasser Əl-Xəlaifi ilə danışıqlardan sonra yeni müqavilə bağlamaq barədə razılığa gəlib. Tərəflər Mbappenin sərbəst qalması üçün yeni məbləğ barədə razılığa gəliblər.

Qeyd edək ki, Mbappe yeni müqavilə imzalamasaydı PSJ ona sadiqlik bonusu üçün 109 milyon dollar ödəniş etməli idi. Mbappenin klubu ilə əvvəlki müqaviləsi gələn il yekunlaşır. PSJ Mbappenin azad agent kimi klubdan ayrılmasını istəmirdi.

"Real Madrid" isə Mbappeni azad agent kimi heyətə cəlb etmək istəyirdi. Yeni müqavilədən sonra "Real" Mbappeni tranfer etmək üçün PSJ-yə ödəniş etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı