“Vaqner” lideri Yevgeni Priqojinin ölümündən sonra Rusiya Prezidenti Vladimir Putinin bir müddət əvvəl dediyi sözlər gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Putin müsahibəsində bağışlamayacağı tək halın xəyanət olduğunu demişdi.
Jurnalist: Bağışlamaq olarmı?
Putin: Bəli, amma hər şeyi deyil.
Jurnalist: Bağışlanmaz olan nədir?
Putin: Xəyanət.
Qeyd edək ki, Rusiya hökumətinə qarşı üsyandan sonra “Vaqner” lideri Yevgeni Priqojinin Putin tərəfindən cəzalandırılıb-cəzalandırılmayacağı maraq doğururdu. Bəzi analitiklər Priqojinin təyyarə qəzasında ölməsini sui-qəsd adlandırır. Bəziləri isə Priqojinin ölmədiyini irəli sürür. Onlar hesab edir ki, Putin vaxtilə ən sadiq adamlarından biri olan Priqojini “səhnələşdirilmiş hadisə” ilə gündəm uzaqlaşdırıb.