".az" domeninin qeydiyyatına başlanılmasından 30 il keçir

Bu gün Azərbaycanın ".az" kodlu milli domeninin qeydiyyatına başlanılmasından 30 il keçir.

Metbuat.az xəbər verir ki, hazırda ".az" domeni ilə həm birbaşa, həm də 11 subdomen üzrə qeydiyyat mümkündür.

Son statistikaya görə, ölkə üzrə 42 363 domen satışı həyata keçirilib ki, bunun da 39 634-ü birbaşa ".az" domeninin payına düşür.

Bu ilin əvvəlindən 7 462 domen qeydiyyatı ləğv edilib, 8 198 domen isə qeydiyyata alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı