Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.
Metbuat.az-ın məlumatına görə, paylaşımda 31 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində qətliam törədildiyi bildirilib.
"Nəticədə 6-sı azyaşlı olmaqla 24 azərbaycanlı mülki şəxs, o cümlədən 6 aylıq körpə və 93 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib”, - məlumatda deyilir.