Qədim romalıların sağlamlıq sirri - Gündə 4 dəfə...

Dəvədabanı ən tez çiçək açan çiçəklər qrupuna daxildir. Elə ki, çayların ətrafında qar əriməyə başlayır, həmin vaxtdan da qızılı-sarı rəngli çiçəklər ətrafa xoş ətir yaymağa başlayır. Təbiət sanki sarı kələğayıya bürünmüş "gəlin"i xatırladır, füsünkar gözəlliyə tamaşa edən insanlara xoş əhvali-ruhiyyə, sevinc bəxş edir.

Bitkinin müalicəvi xüsusiyyətləri qədim romalılara məlum idi. Dioskorid və Pliniy onun yarpaqlarından alman cövhərdən və yaxud tüstüsündən öskürəyə qarşı, Hippokrat isə bəlğəmgətirici vasitə kimi istifadə etmişlər. Elmi təbabətdə dəvədabanının qurudulmuş yarpaqlarından çay kimi dəmləyib soyuqdəymələrdən baş verən tənəffüs yollan xəstəlikəlrində sinə yumşaldıcı və bəlğəmgətirici, xüsusən də bronxitdə və ağ ciyər xəstəliklərində iltilıabı aradanqaldırıcı dərman kimi qəbul edilir.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, tər yarpaqlarından alınmış ekstraktdan şiddətli öskürək zamanı gündə 4-6 dəfə xörək qaşığı qəbul edirlər. Ondan bəlğəmgətirici, tərlədici, mikrob əleyhinə, yumşaldıcı, ağ ciyər xəstəliklərində, bronxitdə, astmada, qanqrenada, mədə, böyrək, qara ciyər, sidik kisəsi və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Xalq təbabətində qurudulmuş yarpaqlarını yandınb tüstüsündən boru vasitəsi ilə quru öskürəyə və ya astmaya tutulmuş xəstələr inqalyasiya edirlər. Yapaq və çiçəklərindən çay kimi dəmləyib soyuqdəymələrdə tərlədici kimi, sanlıqda, mədə xəstəliklərində, bağırsaqların selikli qişasının iltihabında, böyrək və sidik kisəsində əmələ gələn iltihaba qarşı içirlər.

Müalicə məqsədləri üçün çiçək və yarpaqlarından istifadə edilir. Çiçəklərini yazın 319 əvvəllərində toplayır, yarpaqlarım isə iyun ayında tədarük edirlər. Toplanmış xammalı meh dəyən, kölgəli yerlərə sərib qurudur, şüşə qablara və yaxud kağız paketlərə doldurub quru havalı otaqlarda saxlayırlar.

Bronxit, pnevmaniya, həmçinin irinli yaraların, çiban va səpgilərin müalicəsində. 1 xörək qaşığı quru çiçəklərindən götürüb 1 stəkan qaynar suya tökün, yarım saat dəmlədikdən sonra süzün. Gündə 3-4 dəfə yeməyə 20 dəqiqə qalmış 2 xörək qaşığı qəbul edin.

Mədə və bağırsaq soyuqdəymələrində. 2 xörək qaşığı təzə çiçəyindən götürüb 0,5 litr qaynadılmış suya töküb bir saat dəmlədikdən sonra süzün. Gündə 4 dəfə yeməyə 30 dəqiqə qalmış stəkanın 1/3 hissəsi qədər qəbul edin.

Ağciyər vərəmində. Təzə çiçək yarpaqlarıdan götürüb yanmlitrlik şüşə bankaya lay-lay qoyun, üzərinə şəkər tozu səpib, bir həftə qaranlıq yedə saxlyaın. Cövhəri alınan zaman üzərinə 250 q bal qatın, ehtiyatla qanşdınb gündə 3 dəfə bir xörək qaşığı yeməyə 20-30 dəqiqə qalmış qəbul edin.

Yara, mədə yarasında, səpgi və çibanların müalicəsində. Doğranmış təzə yarpaqlan xəstə nahiyəyə qoyub üzərini sarğı ilə bağlayın. Əməliyyatı günaşm təkrar edin. Prosesi yara sağalana qədər davam etdirin. Tükün tökülməsində və qovağın təmizlənməsində. 1 xörək qaşığı gicitkən və "ögeyana" çiçəyindən götürüb 1 stəkan qaynar suya tökün, yanm saat dəmlədikdən sonra gündə 1-2 dəfə bu ekstraktla saçın dibini silin.

Tromboflebitin müalicəsində. 3 xörək qaşığı çiçək və yarpaqlarından götürüb, yanm saat dəmlədikdən sonra süzün, ahnmış ekstraktla tənzifi isladıb xəstə vena damarını 30-40dəqiqədən bir kompres edin. Dərinin qızıl yel xəstəliyində. Çiçək və yarpaqlannı ovub toz halına salın, xəstə nahiyənin üzərinə səpin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı