Medianın İnkişafı Agentliyində xarici jurnalistlərlə görüş keçirilib - FOTO

Medianın İnkişafı Agentliyində (MEDİA) Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya, Albaniya və Gürcüstanın nüfuzlu media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.

Görüşdə Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarını təmsil edən Alpaslan Duven, Albaniyanın “infowebmedia” rəqəmsal platformasının təmsilçisi Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının nümayəndəsi Avtandil Otinaşvili iştirak edib.

Xarici jurnalistlərə ölkəmizdə media sahəsində həyata keçirilən islahatlardan, jurnalistlərin peşəkarlığının, cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edilib.

Görüşdə media sahəsində əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı