Ramosu ala bilməyən “Beşiktaş” “Barselona”dan onu alır

Serxio Ramosu transfer edə bilməyən “Beşiktaş” “Barselona”nın müdafiəçisi Klement Lenget üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, "Beşiktaş" "Barselona" ilə müqaviləsi 2026-cı ilə qədər davam edən 28 yaşlı müdafiəçini icarəyə götürmək istəyir.

İddia olunur ki,”Beşiktaş” birdəfəlik almaq şərti ilə icarə təklif edib. “Barselona”nın heyətdə düşünmədiyi Lengetin “Beşiktaş”a razılıq verdiyi irəli sürülür.

Qeyd edək ki, Klement Lenget ötən mövsümü icarə əsasında İngiltərənin “Tottenhem” komandasında keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR