Gecə saatlarında Xankəndini etirazlar bürüyüb - VİDEO

Dünən axşam saat 21:00-da separatçıların qondarma “lideri” Arayik Arutyunyan iclas keçirib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, iclasda Arkadi Qukasyan, Bako Sahakyan və Samvel Babayan da iştirak edib.

İclas başlayan dəqiqələrdən Qarabağ erməniləri "Artsax Milli Assambleyası"nın növbədənkənar sessiyasının nəticələrini gözləyiblər. Gecə saat 3-dək davam iclasdan sonra Arayik Arutyunyan açıqlama verib. O bildirib ki, üç erməni futbolçu (Azərbaycan bayrağının təhqir etdiklərinə görə Laçın postunda saxlanılan futbolçular -red) da geri dönəcək.

Daha sonra A.Harutyunyan onlara beynəlxalq dəstəyin olmamasını bildirib və ərazidən uzaqlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR