Xaçmaz sakini güllələnib, həmyerlisi tutuldu

Avqustun 29- da səhər saat 8 radələrində Xaçmaz sakini Seyidağa Əhmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. R.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı