Dağıntılar altından xilasetmə ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki təlim keçirilib.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağıntı zamanı zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti dağıntı zamanı “xəsarət almış zərərçəkmiş” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı