"Taliban" qızlara yeni qadağa tətbiq etdi

Əfqanıstandakı “Taliban” administrasiyası qadınlara qarşı yeni məhdudiyyət tətbiq edib.

Metbuat.az xəbər verir ki, Əfqanıstanda Taliban administrasiyası xaricdə təhsil almaq istəyən qızların ölkəni tərk etməsinə qadağa qoyub. Bildirilir ki, qızların orta məktəb və universitetlərə daxil olmasını qadağan edən “Taliban” onların xaricdə təhsil almasına da mane olur. Məlumata görə, təhsil almaq üçün Əfqanıstanı tərk etmək istəyən qız tələbələr hava limanlarından uzaqlaşdırılır.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ictimai sahədə də qadınlara maneələr qoyur. Ölkənin Bamiyan bölgəsindəki Band-e-Amir Milli Parkına qadınların girişi qadağan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı