Şərurda çörək sexində yanğın olub

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yanğın olub.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, ümumi sahəsi 180 m² olan tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) ümumi sahəsi 24 m² olan bir otağının tavanı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR