Dünya qlobal fəlakətə əvvəlkindən daha yaxındır - XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatı nüvə sınaqlarını qadağan etməyə çağırıb.

Metbuat.az xəbər verir ki, BMT Baş Assambleyasında “Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü” münasibətilə sessiya keçirilib. İclasda çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, ölkələrin nüvə silahlarının mənzilini və gücünü təkmilləşdirməyə çalışması dünyada sabitliyi pozur. Quterreş bəyan edib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi nüvəsiz dünyaya doğru çox mühüm addımdır. BMT-nin baş katibi bütün ölkələri müqaviləni ratifikasiya etməyə çağırıb.

BMT-nin 77-ci Baş Assambleyasının sədri Csaba Körösi isə bəyan edib ki, dünya qlobal fəlakətə əvvəlkindən daha yaxındır. Nüvə silahlarına sərmayə qoymağın bəşəriyyət üçün dəhşətli bir tələ olduğunu qeyd edən Körösinin sözlərinə görə, nüvə silahlardan imtina etmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı