Ağdam, Füzuli və Zəngilanda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, bu çərçivədə, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində, Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Gill MED” MMC Steril və Qeyri Steril Tibbi Vasitələrin İstehsalı Müəssisəsinin filialında, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzində, “Horadiz-Əhmədbəyli-Mincivan- Ağbənd avtomobil yolunun tikintisini icra edən “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin və Füzuli və Zəngilan rayonlarının ərazisində “Horadiz-Ağbənd” dəmiryolu xəttinin tikinti işlərində çalışan fəhlə və qulluqçular arasında, Ağcabədi və Bərdə Meşə Təsərrüfatı mərkəzlərinin ərazisində yerləşən obyektlərdə yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı, Şirvanlı, Kolayır və Mehdixanlı kəndləri ərazi inzibati vahidi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd əhalisinin iştirakı ilə keçirilən tədbirlərdə həyətyanı sahələrdə ot tayalarının yığılması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, biçilmiş taxıl sahələrinin yandırılmamasının vacibliyi vurğulanıb, meşələrdə yanğından mühafizə məqsədilə şumlama işləri görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı