Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Milli Gün münasibətilə Malayziya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - paylaşımda qeyd olunub.
Azərbaycan XİN eyni zamanda Qırğızıstanı da Milli Günü münasibətilə təbrik edib.