“Vaqner”in lideri Yevgeni Priqojinin ölümündən 3-4 gün əvvəlki görüntüsü olduğu iddia edilən video paylaşılıb.
Metbuat.az xəbər verir ki, görüntülərdə Priqojin deyib:
“Yaşadığımı və necə olduğumu düşünənlər üçün indi 2023-cü ilin avqust ayının son həftəsində və mən Afrikadayam. Məni məhv etməyi düşünən və nə qədər qazandığımı müzakirə edən insanlara demək istəyirəm ki, həyatımda hər şey qaydasındadır”.