“Tesla”, “SpaceX” və “X” sosial media platformasının sahibi İlon Mask dünyaca məşhur video oyunu “Valorant”ın dünya çempionatında iştirak edib.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən tədbirə Mask oğlu ilə qatılıb. Tədbirdə Mask etirazla qarşılanıb. Salondakı izləyicilər “Twitteri geri qaytarın” şüarları ilə Maska etiraz ediblər.
Qeyd edək ki, İlon Mask “Twitter”i 44 milyard dollara aldıqdan sonra adını “X” olaraq dəyişib.