Xırdalanda 15 yaşlı qız faciəvi şəkildə vəfat etdi

Xırdalanda intihar hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. İlkin məlumata görə, 15 yaşlı qız çoxmərtəbəli yaşayış binasından özünü atıb.

Sakinlər intihar edən şəxsin həmin binada yaşamadığını bildiriblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR