Bakıda kollecin yataqxanası yandı - YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:46

Bakıda kollecin yataqxanası yanıb.

Metbuat.az xəbər verir ki, Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi bina 4 yerləşən Neft və energetika kollecinin yataqxanasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR