Azərbaycanlı teleaparıcının nəzirəsi özbəkləri heyran etdi - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı soydaşımız Səidə Ömərin özbək mahnısına yazdığı nəzirə maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, "Məni Sevib Qalsaydın" adlı nəzirə Özbəkistan Mədəniyyət Naziri, xalq artisti (müğənni) Ozodbek Nazarbekovun repertuarında əsas yer tutan məşhur ifası - "Mani Sevib Qolsayding" mahnısına yazılıb.

Qeyd edək ki, Türk Dünyasına xidmətləri ilə sevilən Səidə Ömər İstanbul Universitetinin fəlsəfə doktorudur, eyni zamanda artıq 4 ildirki Türkiyə televizyasında yayımlanan "Azərbaycan Rüzgarı" proqramının müəllifi və aparıcısıdır. Onun bir sıra elmi məqaləsi Türkiyə və Yunanıstanda yayımlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı