Yenə Prius: Bakıda 5 maşının iştirakı ilə qəza oldu - VİDEO

Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Metbuat.az-ın müxbiri hadisə yerindən məlumat verib. Məlumata görə, "Toyota Prius" markalı avtomobil "Changan" markalı avtomobillə toqquşub.

Nəticədə bu 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bundan başqa, ətrafda olan daha 3 maşın - "Lexux", "Mercedes E-Class", "Opel" də qəza səbəbindən zədələnib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR