Baydenin həyat yoldaşı ikinci dəfə koronavirusa yoluxdu

ABŞ-nin birinci xanımı Cill Bayden koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

"Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", - xəbərdə deyilir.

Xatırladaq ki, bu, ABŞ-ın birinci xanımı ikinci dəfədir koronavirusa yoluxur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı