Ölümdən sonra həyatın olması elmi cəhətdən mümkün deyil.
Metbuat.az "Daily Mail"ə istinadən bildirir ki, bunu Con Hopkins Universitetinin professoru, məşhur ABŞ fiziki Şon Kerrol deyib. Nəzəri fizik düşünür ki, ölümdən sonra yaşamın olması qeyri-mümkündür:
"İnsan fiziki olaraq öləndən sonra başqa bir dünyada necə yaşayacağı ilə bağlı heç bir maddi sübut yoxdur".
Alim qeyd edir ki, insan öldükdən sonra beyində məlumatları saxlaya biləcək heç bir zərrəcik və qüvvə qalmır. Ona görə də, canlı olmağımızı təmin edən kimyəvi reaksiyaların sona çatmasından sonra əvvəllər kim olduğumuzla bağlı məlumatların saxlanılmasının heç bir yolu qalmır:
"Bu, heç bir fizika qanunlarına sığmır. İnsan təbiət qanunlarına tabe olan atomlar toplusudur, mənəvi enerji ilə idarə olunan əl çantası deyil".