Ülviyyə Əliyeva Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Qeyd edək ki, Ülviyə Əliyeva 1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib 2019-cu il tarixindən Lənkəran Dövlət Universitetinin doktorantıdır.
1993-2006-cı illərdə Lənkəran şəhər 9 nömrəli məktəbdə ixtisası üzrə müəllim, 2007-2010-cu illərdə Şilavar kənd ümumi orta məktəbdə direktor, 2011-ci ildə Xüsusi İnternat məktəbində direktoru olub.
O, 2011-2020-ci illərdə Lənkəran Şəhər 7 nömrəli tam orta məktəbdə direktoru, 2020-2022-ci illərdə Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran sektoru üzrə müdiri vəzifələrində işləyib.
2022-ci ildən son təyinatadək isə Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.