"Bakının bu ərazilərində 9 ballıq zonalar var" - Zəlzələ eksperti

Ölkə ərazisindəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur.

Metbuat.az Xəzər TV-yə istinadla xəbər verir ki, son vaxtlar ölkəmizdə müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. 4-6 bal gücündə olan təkanlar müxtəlif regionlarda hiss olunmaqla yanaşı, tikililərə də zərər vurub.

Geologiya və Geofizika İnstitiunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev deyib ki, paytaxt ərazisində də 6-9 ballıq zonalar mövcuddur.

O vurğulayıb ki, paytaxtın bəzi ərazilərində zəlzələ 9 bala qədər hiss oluna bilər. Bu da süxurların quruluşu və ocaqların dərinliyindən asılıdır. Sadaladığımız səbəblər həmin ərazilərı seysmik cəhətdən daha təhlükəli vəzıyyətə gətirir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR