“Qalatasaray”ın istədiyi Hazarddan təəccüblü açıqlama

Eden Hazard sənədli filmdə futbolçu karyerasını yekunlaşdıra biləcəyinə dair mesajlar verib.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” da daxil olmaqla bir sıra klublardan təklif aldığı iddia edilən Hazardın açıqlamaları təəccüblə qarşılanıb. 32 yaşlı belçikalı açıqlamasında "İndi ailəm və dostlarımla pivə içərək həyatdan zövq almağın vaxtıdır" deyib. Lakin bununla belə futbolçunun futboldan gedəcəyinə dair qəti söz işlətməməsi diqqət çəkib.

Qeyd edək ki, belçikalı futbolçunun MLS və Səudiyyə Ərəbistanından təklif aldığı, lakin futbolçunun hələlik seçim etmədiyi iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR