Türkiyə heç-heçə etdi, Portuqaliyadan qələbə

Bu gün Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun daha 7 oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, D qrupunda Türkiyə millisi Ermənistanı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

Seçmə mərhələnin ilk turunda bu komandalar arasında İrəvanda keçirilən oyun Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qonşu Gürcüstan millisi isə evdə İspaniya yığmasını qəbul edib və 1:7 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi sabah Bakıda Belçika yığması ilə üz-üzə gələcək.

8 sentyabr

Avro-2024

Seçmə mərhələ, 5-ci tur

A qrupu

20:00 Gürcüstan - İspaniya - 1:7
Qollar:
Morata, 22 (0:1) Kvirkeliya, 27-avtoqol (0:2), Olmo, 38 (0:3), Morata, 40 (0:4), Çakvetadze, 49 (1:4), Morata, 66 (1:5), Villiams, 68 (1:6), Yamal, 74 (1:7)

22:45 Kipr - Şotlandiya - 0:3
Qollar
: Maktomniy, 6, Porteous, 16, Makqinn, 30


D qrupu


22:45 Türkiyə - Ermənistan - 1:1
Qollar:
Daşyan, 49 (0:1), Söyüncü, 80 (1:1)

22:45 Xorvatiya - Latviya - 5:0

Qollar: Petkoviç, 3, 44, İvanuşeç, 13, Kramariç, 68, Paşaliç, 78


J qrupu

22:45 Slovakiya - Portuqaliya - 0:1

Qol: Fernandeş, 43

22:45 Bosniya və Herseqovina - Lixtenşteyn - 2:1

Qollar: Ceko, 3 (1:0), Luçinger, 18-avtoqol (2:0), Volfinqer, 21 (2:1),

22:45 Lüksemburq - İslandiya - 3:1

Qollar: Çanot, 9-pen.(1:0), Sançes, 70 (2:0), Haraldsson, 88 (2:1), Sinani, 89 (3:1)
Qırmızı vərəqə: Maqnusson, 73 (İslandiya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı