2 nəfərin öldüyü ağır qəzanın görüntüsü - VİDEO

Quba rayonunun Alekseyevka kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır qəzanın görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülərdə qəzadan sonra avtomobillərdən alışdığı görülür.

Qeyd edək ki, sentyabrın 10-u axşam saatlarında sözügedən ərazidə “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR